Araz Kürə qovuşub, çayda suyun səviyyəsi 27 sm artıb – FOTO
Kür çayında suyun səviyyəsi 27 sm artıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Salyan rayonunda yaşayan jurnalist, vətəndaş cəmiyyəti fəalı Emil Məmmədov məlumat verib.
O bildirib ki, çayda suyun səviyyətinin artması nəticəsində Araz çayı Kürlə qovuşub:
"Dünəndən etibarən çayın səviyyəsi artmağa başlayıb. İlkin olaraq 27 sm artım olub. Suyun rənginin qırmızımtıl olması Arazın Kürə qovuşmasından xəbər verir. Bunlara baxmayaraq çayın aşağı axını Neftçala rayonunda vəziyyət çətin olaraq qalır. Hətta dünəndən etibarən dəniz suları yenidən Kürə axmağa başlayıb. Güman edirik ki, aşağı axında başlayan artım yaxın bir sutka ərzində Kürün Neftçala hissəsinə də təsir edəcək".
286