Qohumunun evindən bank kartları oğurlayan şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qohumunun evindən bank kartları oğurlayan şəxs saxlanılıb - FOTO

S.Xankişiyeva12:38 - 06 / 04 / 2022
Qohumunun evindən bank kartları oğurlayan şəxs saxlanılıb - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ona məxsus planşet, telefon, fotoaparat, bank kartları və içərisində pul olan pulqabının oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin ev sahibinin qohumu, əvvəllər də oğurluğa görə məhkum edilmiş Mingəçevir şəhər sakini İsmayıl Tahirov şübhəli şəxs qismində saxlanılıb. O, törətdiyi əməlini etiraf edib, oğurladığı bank kartları və əşyalardan bir neçəsi ondan maddi sübut kimi götürülüb.

Aparılan istintaq zamanı məlum olub ki, həmin şəxs evdə heç kimin olmamasından istifadə edərək ora daxil olub və oğurluğu etdikdən sonra Bakı şəhərinə gedib. Oğurladıqlarının bəzilərini paytaxtda dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi pulu xərcləyib.

Faktla bağlı cinayət işi başlanılıb və İsmayıl Tahirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
284

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər