“Araz”ın təşəbbüsü ilə “Qəlbdən-qəlbə sevgi ilə” layihəsi baş tutub - VİDEO
“Araz” supermarketlər şəbəkəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Kukla Teatırında “Qəlbdən-qəlbə sevgi ilə” adlı layihə həyata keçirildi.
Layihənin qəhrəmanları autizmli uşaqlar idi. Cəmiyyəti məlumatlandırmaq, autizm sindromlu uşaqların sosial həyata inteqrassiyasına dəstək olmaq məqsədiylə keçirilən tədbir, “Araz” supermarketlər şəbəkəsinin Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində baş tutdu. Sərgi, tamaşa və konsert proqramından ibarət layihədə autizmli uşaqların bir-birindən fərqli istedadları sərgiləndi. Heykəltəraşlıq nümünələri, əl işləri və rəsm əsərlərinin nümayişi ilə yanaşı “Qırmızıpapaq və dostları” adlı tamaşa da təqdim edildi. Sonda uşaqların ifasında səslənən konsert proqramı emosianal anlarla yadda qaldı. Autizmli uşaqların layihəyə cəlb olunmasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin dəstək oldu, onlarla eyni səhnəni bölüşənlər isə Kukla Teatrının nəzdində yerləşən “Oyuq” teatır studiyasının aktyorları idi. Millət vəkilləri, ictimai xadimlər, cəmiyyətimizin sevilən simalarının da qonaq olduğu layihə hər kəs tərəfindən böyük maraqla qarşılandı.
Bununla da layihə öz məqsədinə çatdı. Həqiqətən də iri və ya xırda olmasından asılı olmayaraq şirkətlər özlərini təkcə biznes qurumu kimi təqdim etməli deyillər. Biz hamımız cəmiyyətin bir hissəsiyik və ətrafımızda baş verənlərə həssas yanaşmalıyıq. “Araz” supermarketlər şəbəkəsi hər zaman Korporativ Sosial Məsuliyyətini dərk edərək müxtəlif istiqamətlərdə layihələr həyata keçirir. Ətraf mühitin mühafizəsi, sağlam həyat tərzi, təhsil, mədəniyyət, eləcədə cəmiyyətimizin həssas qruplarına yardımlar şəbəkə üçün prioritet sahələrdəndir.
“Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” Supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, “Araz” orada!
Reklam hüququnda