“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir - VİDEO

Qafar Ağayev15:08 - 08 / 04 / 2022
“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, yarışlarda tank heyətləri minalanmış sahələri və digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə şərti düşmənin yer, hava hədəflərini, eləcə də tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edirlər.

Yekun nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər