COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

S.Xankişiyeva16:53 - 08 / 04 / 2022
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 588 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 629, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 717, üç və daha çox doza vaksin vurduranların sayı 6 744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 498 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 532 020, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 831 462, üç və daha çox doza vaksin vurduranların sayı 3 137 947, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 232 732 təşkil edir.

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər