Baş Prokurorluq: Gecə klubunda partlayışla bağlı istintaq davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: Gecə klubunda partlayışla bağlı istintaq davam edir

S.Xankişiyeva10:25 - 09 / 04 / 2022
Baş Prokurorluq: Gecə klubunda partlayışla bağlı istintaq davam edir

Baş Prokurorluq Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.

Qurumun mətbuat xidmətindən 1news.az-a bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər