Vüqar Rəhimzadə: Tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm qürur, həm də böyük məsuliyyətdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm qürur, həm də böyük məsuliyyətdir

S.Xankişiyeva11:18 - 09 / 04 / 2022
Vüqar Rəhimzadə: Tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm qürur, həm də böyük məsuliyyətdir

İki ilə yaxındır ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə, yarışlara qalib ölkə kimi qatılır. Təbii ki, 30 ilə yaxın dövrün çağırışları ilə bugünümüzün tələbləri, məsuliyyəti fərqlidir. Bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişənin hələ həllini tapmadığı dövrlərdə keçirilən tədbirlərin qalibyyət çağırışlarının təməlində Azərbaycanın gücünün, qüdrətinin, nəyə qadir olduğunun təqdimatı dayanırdı.

Çünki Birinci Qarabağ müharibəsində məlum səbəblərdən məğlubiyyətimiz, torpaqlarımızın işğal altında olması hər sahədə qələbə çağırışını edirdi. Bu gün isə tarixi Zəfər qazanmış bir xalqı təmsil etmək həm qürurludur, həm də məsuliyyətlidir. Dövlət başçısı İlham Əliyev aprelin 8-də Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşündə də bu məqamı xüsusi qeyd etmişdir ki, bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət həyata keçirilən siyasətin əsas tərkib hissəsidir: “Nəzərə alaq ki, idman da bir siyasətdir. Yarışlarda qalibiyyətimiz Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın dalğalanması ilə müşayiət olunur. Bu isə öz növbəsində ölkəmizin təqdimatı, beynəlxalq aləmdə yerinin və rolunun möhkəmlənməsi, ən əsası bu sahədə mövcud imkanlarımız barədə dünya ictimaiyyətinin məlumatlara malik olması deməkdir. Azərbaycanda idman sahəsində yaradılan infrastruktur beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, bu tədbirlərin yüksək səviyyədə təşkilatçılığı layiqincə dəyərləndirildi. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən Azərbaycan bu idman tədbirləri vasitəsilə müsəlman dünyasında İslam həmrəyliyinin daha da möhkəmləndirilməsinə öz töhfələrini verdi.

Son illərdə ölkəmizdə idmanın inkişafı üçün yaradılan infrastruktur göz qabağındadır. Paytaxt və bölgələrdə inşa olunan idman kompleksləri gənclərin idmanın müxtəlif növlərinə dərindən yiyələnmələri üçün geniş imkanlar açır. Statistikaya nəzər salaq. 2003-2018-ci illərdə Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə ediblər. İdmançılarımız 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanıblar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında - 2004-cü ildə Afina, 2006-cı ildə Turin, 2008-ci ildə Pekin, 2010-cu ildə Vankuver, 2012-ci ildə London, 2014-cü ildə Soçi, 2016- cı ildə Rio-de-Janeyro Olimpiya Oyunlarında iştirak edib. İlk Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə yüksəldi. Rio-de-Janeyro Olimpiya Oyunlarında Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu. Məlum olduğu kimi, 2019-cu ilin sonlarından eribarən koronavirus infeksiyasının dünyanı cənginə alması ilə bağlı digər tədbirlərlə yanaşı, idman yarışlarına da məhdudiyyətlər qoyuldu.”

“Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir” deyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dünyaya səs salan tarixi Zəfərimizdə gənclərimizin vətənpərvərlik hissi, torpaq sevgisi böyük rol oynadı: “Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın tarixi Qələbəsinin əsasında torpaq, Vətən sevgisi dayanır. Bu, qürurvericidir. Bu baxmdan ki, Azərbaycan xalqı tarixinə sahib çıxan xalq olmaqla yanaşı, torpağını sevən, Vətəninin hər daşına, qayasına bağlı olan xalqdır. Tarixi Qələbəmiz bir daha xalqımızın bu keyfiyyətlərini nümayiş etdirdi, məğrurluğumuzu, yenilməzliyimizi təsdiqlədi.”

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan ənənələri olan ölkə kimi tanınır və nüfuz qazanır: “Hər bir millətin, xalqın tanınmasında onun milli-mənəvi dəyərləri, mədəniyyəti, tarixi əsas rol oynayır. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bir daha bu çağırışı etdi ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər əsasında tərbiyə almalıdır. Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. “Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır” söyləyən ölkə Prezidenti bu əminliyi də ifadə etmişdir ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Çünki gənc nəsil yetişir, onlar Vətəni ləyaqətlə təmsil edirlər. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, siyasətini müstəqil şəkildə aparır. Döyüş meydanında, informasiya cəbhəsində Azərbaycanın üstünlüyü böyük uğurumuz, illərin səylərinin, düşünülmüş siyasətin nəticəsidir.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hər bir sahədə nümunə olduğunu önə çəkərək bildirib ki, tarixi Zəfərimiz bizi daha möhtəşəm uğurlara səsləyir: “İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda da Azərbaycan qalib olacaq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmasından qürur duyduğumuz üçrəngli bayrağımız yüksəklərə qalxacaq. Dövlət başçısı İlham Əliyev görüşdə bu məqamı da xüsusi qeyd etmişdir ki, qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər.”

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, möhkəm təməl, gələcəyə yönəlmiş siyasət davamlı uğurların əsasıdır: “Möhtərəm Prezidentimiz İlham Əliyev son 18 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirərək bu hədəfi qarşıya qoyur ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunə olmalıdır. Bunun üçün bütün imkanlar mövcuddur”.

Paylaş:
323

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər