Mərkəzi Bankın İdarə Heyətinə üzv olan Taleh Kazımov: Vəzifəmi layiqincə icra edəcəyimə söz verirəm
"Mənə göstərilən etimada görə cənab Prezident İlham Əliyevə və Milli Məclisin deputatlarına öz təşəkkürümü bildirirəm" .
1news.az xəbər verir, bunu bu gün Milli Məclisdə keçirilən səsvermədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlü təyin edilən Taleh Kazımov deyib. "Sözsüz ki, səlahiyyətləri, məsuliyyəti dərk edərək ölkə başçısı tərəfindən qarşıya qoyulacaq tapşırıqları və ümumiyyətlə vəzifə öhdəliklərimdən irəli gələn vəzifələri layiqincə icra edəcəyimə söz verirəm".
206