Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA

17:30 - 13 / 04 / 2022
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 416 nəfər müalicə olunaraq sağalıb, 9 704 nəfər vəfat edib, aktiv xəstə sayı 185 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343, ötən müddət ərzində isə ümumilikdə 6 755 203 test aparılıb.

1news.az

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər