Polis ötən gün cinayətlərdə şübhəli bilinən 59 nəfəri saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis ötən gün cinayətlərdə şübhəli bilinən 59 nəfəri saxlayıb

Qafar Ağayev09:22 - 13 / 04 / 2022
Polis ötən gün cinayətlərdə şübhəli bilinən 59 nəfəri saxlayıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər