Azərbaycanda tanınmış 500 diplom sahibi kadr bankında qeydiyyatdan keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda tanınmış 500 diplom sahibi kadr bankında qeydiyyatdan keçib

Qafar Ağayev17:13 - 14 / 04 / 2022
Azərbaycanda tanınmış 500 diplom sahibi kadr bankında qeydiyyatdan keçib

Məlum olduğu kimi, bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərmək və eyni zamanda işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə vermək məqsədilə 2021-ci ilin avqust ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resurs - kadr bankı (www.kadr.taninma.az) istifadəyə verilib.

1news.az xəbər verir ki, Kadr bankının istifadəyə verildiyi dövrdən bugünə kimi kadr bankında qeydiyyata düşmüş xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin sayı 500 nəfəri ötüb.

Qeyd etməliyik ki, qeydiyyatdan keçən şəxslər arasında “Akvakultura mühəndisliyi”, “Texnosfer təhlükəsizlik”, “Təhsilin idarə edilməsi”, “Telekommunikasiya mühəndisliyi”, “Nanotexnologiyalar və mikrosistem texnikası”, “Aqrobiznes”, “Şəhərsalma”, “Kino və mətbuat” və s. kimi müxtəlif sahələr üzrə ixtisaslaşmış kadrlar mövcuddur.

Xatırladaq ki, kadr bankı Agentliyin xarici kvalifikasiyaların tanınması üzrə elektron xidmətlərin keyfiyyətinin və kəmiyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələrdən biridir və işəgötürənlərə təhsil ölkəsi, təhsil müəssisəsi və (ya) ixtisas üzrə axtarış etməklə tələblərinə uyğun namizədləri müəyyən etmək imkanı verir.

Xarici diplomları ölkə ərazisində tanınan, lakin kadr bankına qoşulmamış ərizəçilər bu məqsədlə şəxsi kabinetlərində “Kadr bankına qoşul” düyməsinə sıxmaqla tərcümeyi-hallarını portala əlavə edə bilərlər.

Ətraflı məlumat üçün: https://tkta.edu.az/p/nostrify-your-diploma#kadr-banki

Paylaş:
397

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər