Yeni təsdiqlənən kurikulum məktəbəqədər təhsildə hansı dəyişiklikləri vəd edir? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Məktəbəqədər təhsil müəssisələri həmçinin körpələrin təlim-tərbiyəsində də mühüm rol oynayır: "Uşaqların dünyagörüşünün inkişafında, danışıq, nitq, davranış vərdişlərinin formalaşmasında bağçalar xüsusi rola malikdir.
Eyni zamanda, uşaqların məktəbə hazırlıq dövrü də məhz bağçadan başlayır. Bu səbəbdən də bağçaların inkişafına, təlim-tərbiyə işlərinin daha da yüksəldilməsinə nail olmaq lazımdır. Dövlət məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi sözügedən müəssisələrdə təlim-tərbiyə və məktəblərə hazırlıq prosesinin lazımi səviyyədə təşkil olunmasına şərait yaradacaq".
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Yeni təsdiqlənən kurikulum Məktəbəqədər Təhsildə hansı dəyişiklikləri vəd edir?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Təhsil İnstitutu, Məktəbəqədər Təhsilin inkişafı şöbəsinin müdiri, əməkdar müəllim Cəfərova Laləzar, pedaqogika üzrə fəlsəfə doktoru Həmidova Xalidə, təhsil mütəxəssisi Sona Əliyeva və Təhsil İdarəetməsi üzrə mütəxəssis Elşən Qafarov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: