Doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilib

Qafar Ağayev15:45 - 15 / 04 / 2022
Doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilib

2022-ci il üçün doktoranturaya və dissertanturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.

1news.az xəbər verir ki, doktoranturaya və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin http://portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, http://Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 15 aprel tarixindən başlayacaq.

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər