Sumqayıtda qadın anasına 6 bıçaq zərbəsi vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda qadın anasına 6 bıçaq zərbəsi vurub

10:32 - 18 / 04 / 2022
Sumqayıtda qadın anasına 6 bıçaq zərbəsi vurub

Sumqayıtda qadın anasını bıçaqlayıb.

1news.az xəbər verir ki, şəhər sakini 1986-cı il təvəllüdlü Günel Əliyeva onunla yaşayan anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub.

Zemfira Əliyeva xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanılıb.

1news.az

Paylaş:
207

Son xəbərlər

Bütün xəbərlər