KOBİA-nın İordaniyaya təşkil etdiyi işgüzar səfər yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

KOBİA-nın İordaniyaya təşkil etdiyi işgüzar səfər yekunlaşıb

Qafar Ağayev15:17 - 19 / 04 / 2022
KOBİA-nın İordaniyaya təşkil etdiyi işgüzar səfər yekunlaşıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ölkəmizin İordaniyadakı səfirliyi ilə əlaqələndirilməklə Azərbaycanda biznesə dəstək göstərən qurumların nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida, turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət göstərən və idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları İordaniyada işgüzar səfərdə olub.

KOBİA-dan 1news.az-a bildirilib ki, səfər çərçivəsində aprelin 18-də Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın rəqəmsal iqtisadiyyat və sahibkarlıq naziri Ahmad Hanandeh, Sahibkarlığın İnkişafı Korporasiyasının rəhbəri Abdel Fatah Al Kayed, Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi xanım Dana Al-Zoubi və Ticarət Palatasının birinci vitse-prezidenti Jamal Rifai ilə görüşüb.

Görüşlərdə müvafiq olaraq biznes və investisiya sahəsində yeni təşəbbüslərə, KOB-ların rəqəmsallaşmasına, İordaniya və Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsinə, sahibkarlıq sahəsində mümkün birgə layihələrə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, Azərbaycanda KOB sektorunun inkişafı, Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.

Həmçinin KOBİA və İordaniyanın Ticarət Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ticarət Palatasının birinci vitse-prezidenti Jamal Rifai imzalayıblar. Sənəd hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqini, ticarət və investisiya imkanları sahəsində qarşılıqlı məlumat, KOB-lara xidmətin göstərilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsinə dair təcrübə mübadiləsini, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, aprelin 17-18-ni əhatə edən səfərin məqsədi Azərbaycan və İordaniyanın iş adamları və müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müvafiq qurumlarda müzakirə olunmasıdır. Səfər çərçivəsində aprelin 17-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın investisiya naziri Khairy Amr və Sənaye Palatasının sədri Fathi Al-Jagber ilə görüşərək ticarət və investisiya sahəsində əməkdaşlıq imkanlarını, bu istiqamətdə iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edib. Əmman şəhərində keçirilmiş İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumunda Azərbaycanın biznes və investisiya imkanları İordaniyanın biznes ictimaiyyətinə təqdim olunub. Həmçinin KOBİA ilə İordaniyanın Sənaye Palatası və İordaniya İş Adamları Assosiasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Paylaş:
383

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər