Qarabağdakı 4 çayın çirklənmə prosesi onlayn izləniləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağda olan çaylar üzərində 10 avtomat hodrometeoroloji stansiya quraşdıracaq.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Zəngilan rayonuna mediatur zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, 4 çayda - Bəsitçay, Oxçuçay, Bərgüşad və Araz çaylarında qruaşdırılacaq avtomat stansiyalar keyfiyyət sensorları ilə təchiz ediləcək: "Avtomat stansiyalar çayın çirklənməsini onlayn olaraq avtomatik və fasiləsiz olaraq mütəmadi müəyyən edəcək. İstər beynəlxalq qurumlar, istərsə də Azərbaycanın istənilən yerli qurumu həmin stansiyalar vasitəsilə çayın çirklənmə səviyyəsi barədə onlayn məlumat ala biləcəklər".