Tarix İnstitutunda Xalq cümhuriyyəti şöbəsinin 30 illiyi qeyd olunub - FOTO

Bu gün AMEA Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) şöbəsinin əməkdaşları 30 illik yubileylərini qeyd ediblər.
1news.az-ın məlumatına görə, 1992-ci ildə yaradılan AMEA Tarix İnstitutunun AXC şöbəsi bu günə qədər bir sıra alimlərin, tədqiqatçıların yetişməsində, tarix elminə töhfə verməsində misilsiz rol oynamışdır.
Yubiley tədbirini giriş sözü ilə açan uzun illərdir şöbəyə rəhbərlik edən tarix üzrə fəlsəfə doktoru Nigar Maksvel Tarix İnstitutunun bu vacib komponentinə çevrilən xalq cümhuriyyəti şöbəsinin keçdiyi elmi-tədqiqat yolundan,Britaniya arxivlərində cumhuriyət üçün olduqca vacib sənədlərlə tanışlığından bəhs edərək maraqlı xatirələrini bölüşdü. Sonra, o, yubiley iştirakçıları arasında olan şöbənin inkişafında xüsusi zəhməti olmuş alim və tədqiqatçıları qeyd etmiş, onlar haqqında ətraflı məlumat verdi..
Sonra AXC tarix üzrə fəlsəfə doktorları Kamran İsmayılov, Natiq Məmmədzadə, Firdovsiyyə Əhmədova, tarix üzrə elmlər doktoru Sevda Süleumanova çıxış edərək şöbənin keçdiyi gərgin elmi axtarışlar, cümhuriyyət dövrünə dair sanballı araşdırmaların üzə çıxarılmasında göstərilən qətiyyət, prinsipiallıq və şəxsən şöbə müdiri Nigar Maksvelin idarəçilk, təşkilatçılıq keyfiyyətlərindən, alim kimi peşəkarlıq və insaniq keyfiyyətləri barədə danışdılar.
Bundan əlavə, tarix üzrə elmlər doktoru, professor, BDU-nun dekan müavini Sevda Süleymanova, Quba Soyqırım Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova, N. Maksvelin elmi rəhbəri olduğu BDU-nun müəllimi, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı t.u.f.d. Vüsalə Əliyeva, şöbənin əməkdaşı t.u.f.d Aygün Əzimova, t.u.f.d. Nigar Axundova, t.u.f.d Vasif Qafarov və Rəşad Rüstəmov çıxış edərək 30 illk dönəm ərzində görülən işlərin Azərbaycan üçün strateji əhəmiyyətini vurğuladılar.
Yubiley mərasimində media nümayəndələri, AMEA-nın digər institutlarının məsul əməkdaşları, cümhuriyyət şöbəsinin dissertant və doktorantları iştirak ediblər. Sonda AXC şöbəsinin son nəşrlərinin sərgisinə baxış keçirilib, ziyafət təşkil olunub.
1news.az