Şuşa və Ağdama 4 mindən çox sərnişin daşınıb – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşa və Ağdama 4 mindən çox sərnişin daşınıb – STATİSTİKA

S.Xankişiyeva12:50 - 19 / 04 / 2022
Şuşa və Ağdama 4 mindən çox sərnişin daşınıb – STATİSTİKA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günə qədər 14 reys həyata keçirilib, 4 448 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə nazirlikdən bildirilib.

Sərnişinlərdən 3 049-u Şuşaya səfər edib. Onlardan 1781 nəfər Bakı-Şuşa-Bakı, 1268 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.

Ağdama isə ümumilikdə 1 399 sərnişin səfər edib. Onlardan 568 nəfər Bakı-Ağdam-Bakı, 831 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.

67 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.

Paylaş:
427

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər