Bakıda küçədə yeniyetmə anasını qətlə yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda küçədə yeniyetmə anasını qətlə yetirib

S.Xankişiyeva14:19 - 20 / 04 / 2022
Bakıda küçədə yeniyetmə anasını qətlə yetirib

Bakıda oğul anasını qətlə yetirib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının qarşısında baş verib.

Stansiyanın qarşısında oğul anasını bıçaqlayaraq qətlə yetirib.

O qətli törədəndən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən faktı Trend-ə təsdiqləyiblər.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər