Ötən ay icbari tibbi sığorta üzrə nə qədər tibbi xidmət göstərilib? | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay icbari tibbi sığorta üzrə nə qədər tibbi xidmət göstərilib?

Qafar Ağayev15:36 - 20 / 04 / 2022
Ötən ay icbari tibbi sığorta üzrə nə qədər tibbi xidmət göstərilib?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin mart ayında icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki və müqaviləli (özəl) tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri açıqlayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, mart ayında dövlət tibb müəssisələrinə 646 386 şəxs 1 063 170 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 397 417 olub. Tibbi xidmətlərin 81 %-i ambulator, 19 %-i stasionar şəraitdə göstərilib.

Pasiyentlərin 27 %-ni uşaqlar, 73 %-ni böyüklər təşkil edib. Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.

Paylaş:
245

Son xəbərlər

Bütün xəbərlər