Bakının mərkəzindən avtomobillə 7 dəqiqəlik məsafədə dənizdə rahat istirahətiniz üçün hər şey – FOTO – VİDEO
İndi aşağı faizlə, sərfəli qiymətə, əlverişli ərazidə əmlak sahibi olmaq, bir anlıq şəhəri tıxacsız təsəvvür etmək kimidir.
Amma bir də bu cür düşünün: Büdcənizə uyğun, pəncərəsi dəniz mənzərəsinə açılan əmlakınız var və siz tıxacda vaxt itirmədən qısa müddətdə evinizdəsiniz. Daha da yaxşısı, siz bu əmlakı 6 faizlik ipoteka krediti ilə əldə edə, hətta arzu etsəniz həmin əmlakdan gəlir də qazana bilərsiniz.
Bütün bunların hamısı Şıxov qəsəbəsində yerləşən "Green City Residence”də mümkündür. Burada siz sərfəli qiymətə, bazarda görülməmiş aşağı faizlə həm daimi, həm də bağ evi kimi istifadəyə imkan verən villa və ya mənzil sahibi ola bilərsiniz. Üstəlik ekoloji cəhətdən təmiz ərazidə yerləşən bu rezidensə yolunuzun uzun-uzadı tıxaclardan kəçməyəcəyinə də əmin edirik.
Uzunmüddət “Green City” rezort kimi fəaliyyət göstərib və onun əsas icarədarları xarici şirkətlərin əməkdaşları olublar. Lakin bir neçə müddət öncə “Realest” şirkəti “Green City Residence” ilə eksklüziv satış partnyoru olduqdan sonra bu kompleksdəki mənzillər və villalar hər bir vətəndaş üçün daha əlçatan oldu.
Sizi narahat edə biləcək hər şeyi düşündük
Rezidensdə yaşamağa başladığınız andan etibarən komfortu hiss edəcəksiniz. Yüksək səviyyədə mühafizə, yeddi gün 24 saat servis xidməti sizi və əmlakınızı istənilən təhlükədən qoruyacaq. Burada müxtəlif istiqamətlərdə kameraların mövcudluğu uşaqların təhlükəsizliyindən əminlik yaradacaq.
Sizin ərazinizdə təsadüfi şəxs ola bilməz. Bu səbəbdən rezidensə daxil olan bütün kənar şəxslərdən məlumatlar qeydə alınır. Massiv daxilində istənilən problem rezidensin administrasiyası tərəfindən tənzimlənir.
20 hektar ərazini əhatə edən “Green City Residence”də restoranlar, idman zalı, açıq və qapalı hovuz, aquapark, spa mərkəzi, uşaq baxçası, tenis kortu, futbol meydançası və gəzinti yerləri xidmətinizdədir.
Bu təkliflərdən bazarda yoxdur
Hər kəsin öz büdcəsinə görə əmlak sahibi ola bilməsi üçün ən sərfəli qiymətlərdən başladıq. Bu gün üçün rezidensdə təmirsiz mənzillərin 1m² 1500 manatdan, təmirli mənzillərin 1m² isə 1750 manatdan başlayır.
Üstəlik massivdə 6 faiz dərəcəsi ilə 10 illik müddətə ipotekaya əmlak əldə etmək şansınız da var. Bu qiymət və şərtlərlə rezidens daxilində mənzil və ya villa demək olar ki, bazarda yoxdur. “Green City Residence” bənzər layihələrdən mərkəzə yaxın və qiymət baxımından nisbətən daha sərfəli olması ilə seçilir.
Həm yaşayın, həm gəlir əldə edin
Əgər “Green City Residence”də əmlak sahibisinizsə, deməli həm də alternativ gəlir mənbəyiniz var!
Bir əmlak şirkəti olaraq, Realest, əmlak sahiblərinin, kirayəçilərin və investorların adından daşınmaz əmlakla bağlı əqdlərin hər bir mərhələsində dürüst məsləhət vermə, tətbiq və idarə etməklə inteqrasiya edilmiş həll yollarını uğurla təşkil etməkdədir.
Massivdə 3 otaqlı mənzil 2000 manatdan, 5 otaqlı mənzil 3500 manatdan, villalar isə 3000 manatdan 5000 manata qədər icarəyə verilir. Bu, dünya standartlarında belə yüksək göstərici hesab edilən illik 10 faiz gəlir deməkdir. Ərazidə kifayət qədər böyük şirkətlərin ofisləri var. Rezort kimi fəaliyyət göstərdiyi müddətdə də əsas icarədarları xarici şirkətlər və onların əməkdaşları təşkil edib. İndi də xüsusilə əcnəbi şirkətlər icarədar olmaqda maraqlıdırlar. Onlar uzun müddətdir ki, massivdəki komfortla tanışdırlar. Bu da potensial icarədarlarınızın artıq bəlli olduğunu göstərir.
Hazırda yaşayış massivinə çox böyük maraq var. Rezidens üzrə 80 mənzildən 40-ı, 44 villadan 22-si sahiblərinə təhvil verilib. “Baxmadan almaram” deyənlər üçün “Realest” şirkəti ayda üç dəfə “açıq qapı” günləri keçirir, mənzil və villaları yerində görmək şansı yaradır.
Nəticədə, eviniz sizin kartvizitinizdir. Sizin mühitinizi yaşadığınız ev müəyyən edir. “Bu mühit mənimkidir” - deyə düşünürsünüzsə “Green City Residence”də sizi gözləyirik.
Daha ətraflı məlumat üçün “Realest” şirkətinin saytına və sosyal səhifələrinə daxil ola və ya (+994) 51 207 21 15; (+994) 51 255 88 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Reklam hüququnda