Bakıda “Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda beynəlxalq elmi konqres keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda beynəlxalq elmi konqres keçiriləcək

16:39 - 21 / 04 / 2022
Bakıda “Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda beynəlxalq elmi konqres keçiriləcək

Mayın 5-də Bakıda Beynəlxalq mama gününə həsr edilmiş “Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda beynəlxalq elmi konqres keçiriləcək.

1news.az xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə baş tutacaq.

Hibrid formatda həyata keçiriləcək Beynəlxalq Elmi Konqresdə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri”, “Hamiləlik və daxili xəstəliklər”, “Hamiləlikdə endokrin, qan xəstəlikləri və psixi status”, “Hamiləlikdə infeksiyalar və cərrahi patologiyalar” başlıqlı 4 paneldə Azərbaycan, Türkiyə və Britaniyanın yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış ümumilikdə 16 məruzə dinləniləcək. Konqres panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

Konqres proqrama uyğun olaraq xüsusilə mama-ginekoloq, kardioloq, endokrinoloq, damar-cərrahı, ümumi cərrah, infeksionist, hematoloq, psixiatr, onkoloq, nefroloq, anestezioloq-reanimatoloq, pediatr və neonatoloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulub.

Konqres əyani olaraq Baku Marriott Boulevard otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konqresdə iştirak ödənişlidir!

Əyani iştirak edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100 AZN, əyani iştirak edəcək rezidentlər üçün 50 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/LsjH6jNrudqGVTnt6

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/5-may-hamilelikde-genital-ve-ekstragenital-xestelikler-beynelxalq-elmi-konqres/

Ödəniş etmək üçün link: https://abblink.az/merch/customshospital

1news.az

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər