Məhərrəm Əliyevlə Elçin Quliyev “Qubadlı” və “Qazax” sərhəd divi­zi­yalarında olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhərrəm Əliyevlə Elçin Quliyev “Qubadlı” və “Qazax” sərhəd divi­zi­yalarında olub - FOTO

12:01 - 21 / 04 / 2022
Məhərrəm Əliyevlə Elçin Quliyev “Qubadlı” və “Qazax” sərhəd divi­zi­yalarında olub - FOTO

19-21 aprel tarixlərində Azər­baycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-pol­kov­nik Məhərrəm Əliyev və Azərbaycan Respubli­kasının Dövlət Sər­həd Xid­mətinin rəisi, gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xid­mətinin (DSX) Sərhəd Qo­şun­ları­nın “Qubadlı” və “Qazax” əlahiddə sərhəd divi­zi­yalarının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

1news.az xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistan ilə dövlət sərhədində zəruri sərhəd müda­fiə və mühafizə infrastruk­turunun yaradılması üzrə Azər­baycan Respublikasının Prezi­denti Si­lah­lı Qüv­vələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­ıb.

Dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəa­liyyətlər, o cümlədən sərhəd yol­larının çəkil­məsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhəd­çilərlə görüşül­üb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şəraitlə­ri ilə tanış olunub. Son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlamasının böyük əhə­miyyəti vurğulanıb.

Əlahiddə sərhəd diviziyalarının rəhbər heyətlərinin iştirakı ilə xidməti mü­şavirələr keçirilib, vəzifəli şəxslərin xid­məti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə zəruri tapşı­rıq və tövsiyələr verilib.

Səfər çərçivəsində səhra təlim mərkəzində DSX-nin taktiki təlimləri izlənilib.

Paylaş:
406

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər