Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb

S.Xankişiyeva10:18 - 23 / 04 / 2022
Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb

Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş:
357

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər