Leykoz xəstəsi olan Nurayın vəziyyəti pisləşdi - Artıq 8 günü qaldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leykoz xəstəsi olan Nurayın vəziyyəti pisləşdi - Artıq 8 günü qaldı - VİDEO

14:34 - 25 / 04 / 2022
Leykoz xəstəsi olan Nurayın vəziyyəti pisləşdi - Artıq 8 günü qaldı - VİDEO

Yaşamağına 8 gün qalan balaca Nurayın həyatı hər kəsi ağladıb. Belə ki, xəstəlikdən əziyyət çəkən 11 yaşlı Nuray Əmirlinin yaşaması üçün ilik köçürülməlidir. Balaca Nurayın əməliyyatı üçün 70 min dollar pula ehtiyac var.

ARB TV-nin "Günə Doğru" verilişi yaşam mübarizəsi verən Nuray Əmirli ilə canlı bağlantı edib. Canlı bağlantı zamanı ömrünə cəmi 8 gün qalan Nurayın vəziyyəti ağırlaşıb.

Nuray Əmirli - "Sizin köməyinizlə bu xəstəlikdən qurtulub çoxlu rəqs edəcəm. Arzularım çoxdur. Böyüyüb həkim olmaq istəyirəm. Xalqımızdan mənə kömək etməyini xahiş edirəm".

Nurayın anası - "Balam gözümün önündə günü-gündən şam kimi əriyir. Keçən hər saniyə onun əleyihinədir. Xahiş edirəm hər kəs balama kömək olsun".

Qeyd edək ki, Nuray Əmirli lazım olan məbləğin yığılması üçün ARB TV-də yayımlanan "Səni Axtarıram" verilişinə müraciət edib.

1news.az

Paylaş:
383

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər