Bakıda anasını qətlə yetirən yeniyetmə həbs edildi

Nizami Rayon Məhkəməsində Bakıda anasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, prosesdə təqdimat təmin edilib və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğunun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.
Xatırladaq ki, hadisə aprelin 20-si paytaxtın Nizami rayonu ərazisində "Neftçilər" metrostansiyasının qarşısında baş verib. 2007-ci il təvəllüdlü oğlan qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova bıçaqla qətlə yetirib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
1news.az