Deputat: Hamı bizi təhqir edir, çıxın deyin ki, pensiyaları biz kəsmişik
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin buradakı nümayəndəsinindən xahiş edirəm ki, çıxsın televiziyaya və insanların pensiyasının onlar tərəfindən kəsildiyini bildirsin”.
1news.az xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalı Milli Məclisin Plenar iclasında Əmək Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimova müraciətdə deyib.
“Xalq buna görə bizi - deputatları təhqir edir. Axı, nə günahın sahibiyik ki, insanlar bizi - deputatları təhqir edirlər? 60-65 yaş arası insanların pensiyaları kəsilib. Onları bu müavinətə hansı formada salmaq olar ki, heç olmasa xəstəliyin pulunu ala bilsinlər”, - deyə deputat əlavə edib.
366