Əli Əsədov Latviyanın Baş nazirinin müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əsədov Latviyanın Baş nazirinin müavini ilə görüşüb

Qafar Ağayev16:37 - 27 / 04 / 2022
Əli Əsədov Latviyanın Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Bu barədə 1news.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Paylaş:
287

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər