Bərdədə kanalda adam batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə kanalda adam batıb

Qafar Ağayev17:05 - 27 / 04 / 2022
Bərdədə kanalda adam batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a bildirilib ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Paylaş:
281

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər