Ramazanın 27-ci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazanın 27-ci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

S.Xankişiyeva10:06 - 27 / 04 / 2022
Ramazanın 27-ci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Sabah Ramazan ayının iyirmi yeddinci günüdür.

1news.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, imsak saat 04:10-da, iftar isə saat 19:47-yə təyin olunub.

Ramazan ayının 27-ci gününün duası:

"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".

Tərcüməsi:

"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah tutduğunuz orucu, etdiyinin duaları qəbul etsin!

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər