Qəzalı binaların informasiya bankı yaradılacaq - Eldar Əzizov | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəzalı binaların informasiya bankı yaradılacaq - Eldar Əzizov

13:42 - 28 / 04 / 2022
Qəzalı binaların informasiya bankı yaradılacaq - Eldar Əzizov

“Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu informasiya agentliklərinə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

BŞİH sədri bildirib ki, qəzalı binaların inventarizasiyası aparılır: “Bu binalar kateqoriyalara bölünəcək. Birinci növbədə informasiya bankını yaratmalıyıq. Daha sonra nəticələr təhlil olunacaq”.

Eldar Əzizov ilkin mərhələdə hansı ərazilərdə qəzalı binaların bərpasının və ya sökülməsinin nəzərdə tutulmasına da aydınlıq gətirib:

“Komissiya bölünüb və Bakının 12 rayonunda da bu inventarizasiya işləri gedir. Ondan sonra dövlət səviyyəsində məsələlər qaldırmalıyıq və müvafiq qaydada bu məsələlərin həllinə çalışacağıq”.

1news.az

Paylaş:
191

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər