Ağdamda polis əməliyyat keçirib, qardaşlar saxlanılıblar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda polis əməliyyat keçirib, qardaşlar saxlanılıblar – FOTO

S.Xankişiyeva16:23 - 28 / 04 / 2022
Ağdamda polis əməliyyat keçirib, qardaşlar saxlanılıblar – FOTO

Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Bəybalalar kəndində yaşayan Vüsal Ağayev və qardaşı Əyyub saxlanılıblar.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, V.Ağayevin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 374 ədəd, qardaşı Asifin həyətyanı sahəsindən isə 111 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Paylaş:
386

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər