Son sutkada nə qədər vaksin vurulub? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada nə qədər vaksin vurulub? - FOTO

Qafar Ağayev16:58 - 29 / 04 / 2022
Son sutkada nə qədər vaksin vurulub? - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 026 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 970, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 645 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 802, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 226 442, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 767 nəfər təşkil edir.

Paylaş:
348

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər