Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 100-dən aşağı düşüb – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 100-dən aşağı düşüb – STATİSTİKA

S.Xankişiyeva16:48 - 30 / 04 / 2022
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 100-dən aşağı düşüb – STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 761 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 92 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 709, bu günə qədər isə ümumilikdə 6 814 486 test icra olunub.

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər