Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

S.Xankişiyeva18:00 - 02 / 05 / 2022
Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər