Oğuzda döyüşə yararlı silah-sursat tapılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda döyüşə yararlı silah-sursat tapılıb - FOTO

S.Xankişiyeva11:32 - 02 / 05 / 2022
Oğuzda döyüşə yararlı silah-sursat tapılıb - FOTO

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində Oğuz Rayon Polis Şöbəsi, DİN-in Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, rayonun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman oradan döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. Götürülən qumbara təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər