Uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaradılacaq

Bağçalarda diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir.
1news.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu göstəricilər ümumilikdə qənaətbəxş olsa da, yenə də problemli müəssisələr var:
“Eyni zamanda, işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmaq plandadır. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayı çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi bağçalarda da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq”.
1news.az
210