Həyat yoldaşından ayrılan kişi sirkə turşusu içdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyat yoldaşından ayrılan kişi sirkə turşusu içdi

09:28 - 04 / 05 / 2022
Həyat yoldaşından ayrılan kişi sirkə turşusu içdi

Qazaxda intihara cəhd olub.

1news.az xəbər verir ki, rayonun Qaymaqlı kənd sakini, 44 yaşlı D.M. sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, 44 yaşlı kişi həyat yoldaşından ayrıldığına görə intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər