Uşaq sığınacağında qalmaqal: tanınmış meyxanaçının videosu niyə tənqid olundu? | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaq sığınacağında qalmaqal: tanınmış meyxanaçının videosu niyə tənqid olundu?

17:45 - 06 / 05 / 2022
Uşaq sığınacağında qalmaqal: tanınmış meyxanaçının videosu niyə tənqid olundu?

Azərbaycan Uşaqlar Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Kəmalə Ağazadə şəxsi Facebook səhifəsində Bakıdakı uşaq evlərinin birində çəkilmiş video paylaşıb.

Videoda tanınmış meyxana ustası Rüfət Nasosnunun uşaqlara birgə meyxana dediyi və bu zaman uşaqların yaşına uyğun olmayan senzuradan kənar sözlər işlətdiyi görünür. Bundan bərk hiddətlənən K.Ağazadənin dediklərini olduğu kimi təqdim edirik:

“Mənim heç kimlə ədavətim yoxdur. QHT sektorunu bu günə qoyanlaradır sözüm!!!

Ölkədə uşaqların müdafiəsi istiqamətində görülən hər bir addımı dəstəkləmişəm. Uşaq Sığınacağı yaratdığım gündən ən əsas uşaqların təlim tərbiyəsinə,təhsilinə önəm vermişəm. Tədbirlər keçiriləndə də gələn hər kəsə uşaqlar üçün edəcəkləri çıxışları,ifaları birbəbir soruşmuşam. Heç vaxt imkan verməmişəm ki, uşaqların əxlaqına təsir edəcək çıxışlar olsun.

Müğənnilərin,meyxnaçıların öz auditoriyaları var,lap yaxşı! Amma bu uşaqdır ey,uşaq!!!

Xeyriyyə üçün gəlirsə nə gəldi oxumalıdır? Hardadır bu müəssisənin "baş biləni"?

Niyə buna imkan verirsiniz? Bu uşaqlar onsuz da reabilitasiya olunması üçün yerləşdirilir. Budur REABİLİTASİYA??? Ayıb deyil? Əgər bu işi görə bilmirsinizsə etməyin!!! Kimdir sizə bunu zorən etdirən? Yetər!!!

Yenə də deyirəm,mənim kimləsə ədavətim,qərəzim yoxdur!!! Amma söhbət uşaqdan gedirsə, mən uşağın müdafiəsindəyəm!!! Hansısa "nasoslunun" YOX!!!

Sevgi uşaq evi deyilən yerdə, və ya könüldə nur deyilən yerdə çəkilib bu video! Sosial şəbəkələrdə dolaşır!!! O söyür,bu söyür!!! Son qoyun bu rəzalətə!!!”

K.Ağazadənin paylaşımına şərh yazanların əksəriyyəti də sözügedən video ilə bağlı tənqidi fikirlər səsləndiriblər.

Qarşı tərəfin fikrini öyrənmək üçün həmin videonun çəkildiyi “Sevgi evi” Qadın və Uuşaq Sığınacağı ilə əlaqə saxladıq. Sığınacağın rəhbəri Könül Qasımova 1news.az-a açıqlamasında sözügedən videonun qərəzli şəkildə paylaşıldığını bildirərək, artıq məsələ ilə bağlı hüquqi işləmlərə başlandığını söylədi:

“Rüfət Nasosnu həmin tədbirdə uşaqlara dövlət himnimizi, “Cücələrim” mahnısını oxutdurub, uşaqlarla əyləncəli oyunlar oynayıblar. Niyə bunların videosunu deyil, məhz həmin videonu paylaşıblar? Bu, bizə qarşı qərəzli şəkildə edilib. Buna görə də hüquqi işləmlərə başlamışıq. Həmin videoda qəbahətli nəsə yoxdur. Kim uşaqları görmək istəyirsə onlara qapımız hər zaman açıqdır, buyurub gələ bilərlər”.

1news.az

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər