Teleaparıcının Əhməd Cavadın nəvəsinə sualı: “Babanızı görmüsünüzmü?”- VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Teleaparıcının Əhməd Cavadın nəvəsinə sualı: “Babanızı görmüsünüzmü?”- VİDEO

Qafar Ağayev10:24 - 06 / 05 / 2022
Teleaparıcının Əhməd Cavadın nəvəsinə sualı: “Babanızı görmüsünüzmü?”- VİDEO

Bu gün ARB-də canlı yayımlanan “Xəbər-ətər” proqramında aparıcı Zümrüd Bədəlovanın Əhməd Cavadla bağlı sualı gündəm olub.

1news.az xəbər verir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqramın qonağı nəvəsi Anar Axundzadə olub.

Aparıcının “Babanızı görmüsünüzmü?” sualına təəccüblə, “Babam 37-ci ildə güllələnib” deyib.

Teleaparıcının məlumatsızlığı birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Daha sonra aparıcı bununla bağlı paylaşım edib. Həmin paylaşımı təqdim edirik:

“Nə qədər gülürəm sizə, boşluq idi, biraz başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın. Həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdı. O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq...Kef dedin, təki reklamınız getsin”.

Paylaş:
739

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər