Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması sürətlə davam edir - AQTA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması sürətlə davam edir - AQTA

Qafar Ağayev11:44 - 06 / 05 / 2022
Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması sürətlə davam edir - AQTA

Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması prosesi sürətlə davam edir və bu məsələyə böyük diqqət ayrılır.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, agentlik son illərdə qida təhlükəsizliyinin təmin olunması sahəsində və Azərbaycanın ixrac potensialının artmasında böyük uğurlara nail olub.

Agentlik sədri bildirib ki, 2021-ci ildə kənd təsərrüfatı fəaliyyətinin gücləndirilməsi üzrə layihə çərçivəsində kənd təsərrüfatı heyvanlarının elekton eyniləşdirilməsinə start verilib.

"Bu, heyvanların sağlamlığı və qidalanma keyfiyyəti üzərində nəzarəti təmin etməyə imkan verdi. Bununla da biz bazara tədarük olunan məhsulun keyfiyyətini artıra bilərik. Bu layihə bu günədək Bakı və Sumqayıtda reallaşdırılıb", - Q.Təhməzli deyib.

O əlavə edib ki, Azərbaycanda qida məhsullarının idxal və ixracına ciddi nəzarət olunur.

"Bu, qida sənayesində biznesin şəffaflığı və səmərəliliyinin təmin olunmasına imkan verəcək", - deyə o bildirib.

Paylaş:
251

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər