SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

Qafar Ağayev11:52 - 06 / 05 / 2022
SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

1news.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

"Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib. Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır", - şirkətdən bildirilib.

Paylaş:
270

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər