Bakıdan yola düşən “Zərifə Əliyeva” gəmi-bərəsi Qazaxıstanın Kurık limanına çatıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdan yola düşən “Zərifə Əliyeva” gəmi-bərəsi Qazaxıstanın Kurık limanına çatıb - FOTO

Qafar Ağayev12:50 - 06 / 05 / 2022
Bakıdan yola düşən “Zərifə Əliyeva” gəmi-bərəsi Qazaxıstanın Kurık limanına çatıb - FOTO

Mayın 5-də Ələtdə yerləşən Bakı limanından yola düşən “Zərifə Əliyeva” gəmi-bərəsi mayın 6-da Qazaxıstanın Kurık limanına çatıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən 1news.az-a verilən məlumata görə, limanda gəminin qarşılanma mərasimi keçirilib. Tədbridə ölkəmizin Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunun başçısı Elmar Məmmədov, Qazaxıstan Dəniz limanları administrasiyasının rəhbəri Nurbol Ermanov, Kurık limanının rəis müavini Talqat Ospanov iştirak ediblər.

Qazaxıstanın rəsmi şəxsləri kapitan Təhmiraz İsmayılovu Ro-Pax tipli “Zərifə Əliyeva” gəmisinin həyata keçirdiyi ilk səfər münasibətilə təbrik ediblər.

Kapitan körpüsündə olduqdan sonra gəmidə yaradılan, akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən guşəyə və 2020-ci il Vətən müharibəsinə aid “Zəfər guşəsi”-nə də baxıblar.

Qazaxıstan rəsmiləri gəmi-bərənin ilk səfrinin onların ölkəsinə baş tutmasından məmnun olduqlarını bildirib və buna görə Azərbaycana təşəkkür ediblər.

Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan Baş Konsulluğunun başçısı Elmar Məmmədov da öz növbəsində Azərbaycan istehsalı olan yeni gəmi-bərənin ilk səfərinin əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, Azərbaycanda tikilib istifadəyə verilən yeni gəmi-bərə Şərq-Qərb Nəqliyyat Dəhlizinin bir hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyətinə də öz töhfəsini verəcək.

Sonra tədbir iştirakçıları “Zərifə Əliyeva” gəmi-bərəsinə baxış keçirib, onun imkanları ilə yaxından tanış olublar.

Paylaş:
248

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər