Fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib
Mayın 7-də Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.
Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, final turunda 300-dən çox şagird iştirak edib. Şagirdlərə açıq tipli tapşırıqların həlli üçün 3 saat vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında yerləşdiriləcək.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.