MEDİA Agentliyi jurnalistin hücuma məruz qalması ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

MEDİA Agentliyi jurnalistin hücuma məruz qalması ilə bağlı məlumat yaydı

Qafar Ağayev13:48 - 09 / 05 / 2022
MEDİA Agentliyi jurnalistin hücuma məruz qalması ilə bağlı məlumat yaydı

Mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub.

1news.az xəbər verir ki, barədə Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilib.

"Telefon danışığı zamanı bildirilib ki, Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir" - deyə, məlumatda qeyd olunub.

Paylaş:
276

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər