Müdafiə Nazirlliyi: Silahların utilizasiyası davam etdirilir

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
284