İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Qafar Ağayev14:23 - 11 / 05 / 2022
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əmək­daşları tərəfindən 9815 qram narkotik vasitəyə bənzər maddənin və 2990 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən məlumata görə, may ayının 6-da saat 17:50 radələrində Yardımlı rayonunun Perimbel kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sahibsiz halda 1 ədəd göy rəngli çantanın içərisində təxmini çəkisi 2 kiloqram narkotik vasitə “marixuana”ya bənzər maddələr, 1 ədəd dərman vasitəsi “Guaifenesin” və 1 ədəd 200 ml plastik qabda naməlum tərkibli maye aşkar olunaraq götürülüb.

May ayının 9-da saat 02:30 radələrində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi və geri qayıtması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq naməlum ayaq izləri aşkarlanıb. Həyata keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Biləsuvar-Bakı avtomagistral yolunda içərisində 2 nəfər şübhəli şəxsin olduğu “Ravon Nexia R-3” markalı 99-PF-541 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.

Saxlanılan şəxslərin Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Vəliyev Rafiq Rəşid oğlu və Abşeron rayon sakini 1994-cü il təvəllüdlü Əliyoldaşov Süleyman Bəydəmir oğlu olmaları müəyyənləşdirilib, avtomobilə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 7815 qram narkotik vasitə “marixuana”yabənzər maddə və 2990 ədəd “metadon-40” psixotrop həbi aşkarlanıb.

Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş:
831

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər