AQTA və ETSN əməkdaşları zeytun bağlarında birgə monitorinq keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA və ETSN əməkdaşları zeytun bağlarında birgə monitorinq keçirib

Qafar Ağayev17:03 - 11 / 05 / 2022
AQTA və ETSN əməkdaşları zeytun bağlarında birgə monitorinq keçirib

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə silsilə tədbirlər həyata keçirlir.

1news.az xəbər verir ki, bu tədbirlər çərçivəsində AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən zeytun bağlarında birgə monitorinq aparılıb. Monitorinqlər ETSN-in nəzdində fəaliyyət göstərən, Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində yerləşən 2 saylı Yaşıllaşdırma İdarəsinin “Azəryaşlandşaft” Açıq Səhmdar Cəmiyyətinə məxsus 161 ha sahəsi olan zeytun bağlarında keçirilib.

Monitorinq zamanı zeytun ağaclarının kütləvi şəkildə yastıcalarla sirayətlənməsi, o cümlədən zərərvericilərin ifraz etdiyi şirələrin yarpaqların üzərini örtərək funksiyasını məhdudlaşdırması və sonda yarpaqların tökülməsinə səbəb olması müşahidə edilib. Bu da vaxtında kimyəvi və aqrotexniki tədbirlər aparılmadığı təqdirdə bitkilərin məhv olması ilə nəticələnə bilər. Müşahidələr göstərib ki, bağda damcıvarı suvarma sistemi olduğu üçün vəziyyətə mütəmadi olaraq nəzarət edilməlidir. Bundan başqa, ətrafda zərərvericilər üçün sahib bitkilər olan alaq otlarının təmizlənməsinin həyata keçirilməsi, bağların kənarlarında ev heyvanlarından qoruyucu vasitələrdən ibarət sədlərin qurulması vacib şərtlərdəndir.

Monitorinq zamanı bitkilərə zərər vuran, karantin tətbiq edilməyən zərərvericilərin təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilməsi üçün nümunələr götürülüb. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına lazımi tövsiyələr verilib.

Paylaş:
308

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər