Bakı sakini özünü polis bölməsindən yerə atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakini özünü polis bölməsindən yerə atıb

09:10 - 11 / 05 / 2022
Bakı sakini özünü polis bölməsindən yerə atıb

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə gətirilib. O, bölmınin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

1news.az

Paylaş:
213

Son xəbərlər

Bütün xəbərlər