FHN-in dalğıcları intihar məqsədilə özünü dənizə atan şəxsi xilas ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in dalğıcları intihar məqsədilə özünü dənizə atan şəxsi xilas ediblər

Qafar Ağayev11:35 - 12 / 05 / 2022
FHN-in dalğıcları intihar məqsədilə özünü dənizə atan şəxsi xilas ediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 m aralı, məntəqə ərazisi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a bildirilib ki, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
289

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər